SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Büdcədən gələn il üçün şəhid vərəsələrinə 50 milyon manat ayrılacaq
İQTİSADİYYAT 16:53 / 06.11.2018
2019-cu il dövlət büdcəsinin layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb.

Məlumata görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə nazirinin birinci müavini İlqar Fətizadə deyib.

Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, mütləq ifadə ilə 22 milyard 918 milyon manat təşkil edəcək: "Bu da 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatdan çoxu qeyri-neft sektoru üzrə, 13 milyard 700 milyon manatı isə neft gəlirlərinin payına düşəcək".

Nazir müavini bildirib ki, 2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 316 milyon manat vəsait daxil olacağı proqnozlaşdırılır.

O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə də davam etdiriləcək.

Nazir müavini bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə davam etdirilməsi üçün növbəti ildə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılacaq.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.