SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
Təmas xəttində ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR: 3 ölü, 6 yaralı
DÜNYA 18:20 / 02.11.2018

Ötən gün Ukrayna Silahlı Qüvvələri ilə Donbas separatçıları arasında yerləşən təmas xəttində vəziyyət yenidən gərginləşib.

"Obozrevatel” nəşri xəbər verir ki, bu haqda Birləşmiş güclərin mətbuat xidməti bildirib.

Döyüşlər nəticəsində Birləşmiş güclərin bir hərbçisi həlak olub, daha ikisi yaralanıb. Separatçılardan isə iki döyüşçü öldürülüb, daha dördü yaralanıb.

Gün ərzində separatçılar Ukrayna qoşunlarının mövqelərinə 20 dəfə atəş açıb. Onlardan birində Minsk razılaşmaları ilə qadağan edilmiş silahlardan istifadə olunub.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib./publika.az


306 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.