SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq
İQTİSADİYYAT 20:20 / 23.10.2018
Azərbaycanda 2019-ci il dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği ötən illə müqayisədə artırılıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində ümumilikdə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.

Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği təqribən 2,9 milyard manat təşkil etmişdi.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.