SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Gələn il pensiyalara 3 milyard 743 milyon manat ayrılacaq
İQTİSADİYYAT 13:49 / 23.10.2018
2019-cu ildə Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyalarının ödənilməsi üçün 3 milyard 743 milyon manat vəsait ayrılacaq.

Bu barədə "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bundan əlavə, fondun büdcəsindən dəfn üçün 17 milyon manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri üçün 22 milyon 500 min manat vəsait ayrılacaq.


Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (Modern.az)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.