SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Bakıda dəhşətli cinayət: uşağın gözü qarşısında anasının boğazını kəsib öldürdü
KRİMİNAL 09:47 / 22.10.2018

Oktyabrın 20-də axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonunda qətl törədilib.

Xəbər veririk ki, Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov münaqişə zəminində həyat yoldaşı Xoşqədəm Hüseynovanı bıçaqlayaraq öldürüb. O, kəsici alətlə həyat yoldaşının boğazını kəsib. Qadın yerindəcə ölüb.

Bildirilir ki, hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib. F.Hüseynov daha sonra qapını bağlayaraq evdən çıxıb. O, Qubaya gedərək uşağı atasının evinə qoyub və daha sonra Quba rayon Polis Şöbəsinə gedərək həyat yoldaşını öldürdüyünü deyib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb.

F.Hüseynov Bakıya gətirilib. Hadisənin səbəbi araşdırılır.


81 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.