SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
İstifadəçilər “Windows”dan şikayət edirlər - Fayllar itir
CƏMİYYƏT 21:34 / 21.10.2018

İtmiş faylları bərpa etmək üsulu axtarılır.

Bildiririk ki,"Windows" istifadəçiləri yeniləmədən sonra faylların itməsindən şikayət edirlər. İstifadəçilər "Windows 10 October 2018 Update" yeniləməsini quraşdırdıqdan sonra qovluqlardan faylların itməsini qeydə alıblar. Bəzi istifadəçilər sosial şəbəkə və "Reddit" portalında bu barədə post dərc edərək şikayət ediblər.

"Life.ru" saytı yazır ki, onların sözlərinə görə, sözügedən yeniləməni quraşdırdıqdan sonra bəzi istifadəçilərdə "Şəkillər", "Yükləmələr", "Sənədlər" və "Musiqi" qovluqlarında yerləşən bütün fayllar, sadəcə, itir.

İndi istifadəçilər itmiş faylları bərpa etmək üsulunu axtarır. Əsas variantlar aşağıdakılardır: "bulud" saxlanc sistemi vasitəsilə və ya köhnə əməliyyat sisteminə aid bütün faylların saxlanıldığı "Windows.old" qovluğu vasitəsilə.

Məlumat üçün bildirək ki, "Microsoft" korporasiyası "Windows 10 October 2018 Update" yeniləməsini oktyabrın 3-də təqdim edib. Əsas yenilik olan "Sizin telefonunuz" mobil proqramı vasitəsilə "Android" sisteminin idarəetməsi altında işləyən smartfondan faylları kompüterə göndərmək, həmçinin SMS mesajlar qəbul etmək və göndərmək mümkündür.


55 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.