SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Nazirlik saxta əlilliklə bağlı araşdırmalar aparır
ARAŞDIRMA 14:31 / 21.10.2018
"Hazırda əlilliyin qiymətləndirilməsində səhiyyə müəssiələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilən prosedurun təkmilləşdirilməsi üçün təkliflər hazırlanır"

Bunu Azvision.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, təklif edilən dəyişikliklərin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə istifadə olunan mütərəqqi beynəlxalq meyarlara uyğunlaşdırmaqdır.

"Əliliyi əldə etmək hüququ olan şəxslərə süründürməçiləyə yol verilmədən, vətəndaş məmnunluğu və şəffaflıq prinsiplərinə əməl edilməklə təmin edilməsi üçün əlilliyin qiymətləndirilməsi istiqamətində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqmətində işlər davam etdirilir. Mövcud normativ-hüquqi aktlarda məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklərin başa çatdırılması üçün işlər aparılır. Buna görə də həyata keçirilən islahatlarda əlilliyin əmək qabiliyyətini itirilmə faizinə uyğun qiymətləndirilməsi sistemi yaradılması nəzərdə tutulub".

F.Talıbov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik vəziyyətində olmayan şəxslərə qeyri-qanuni olaraq əlillik dərəcələrinin verilməsi hallarının qarşısının alınması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilir. "2018-ci ildə əlillik təyinatlarının təhlili aparılaraq əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər araşdırılıb. Araşdırmanın nəticələrinə görə risk qrupu xəstəlikləri üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış əlillik dərəcələri daha aşağı dərəcə ilə əvəz edilib və ya ləğv edilib. Qeyd olunan məsələlərlə bağlı Nazirlikdə yaradılmış İşçi Qrupu Səhiyyə Nazirliyinin müvafiq heyəti ilə əməkdaşlıq şəraitində araşadırmalar həyata keçirməkdədir. Birgə görülmüş tədbirlər nəticəsində hemodializ xəstələrinin reyestri üzrə məlumatların elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi təmin edilib. Bu xəstəlik üzrə göndərişlər rəsmiləşdirilib ötürüldükdən sonra elektron informasiya sistemi tərəfindən reyestr ilə uzlaşdırılır və təsdiqini tapmayan göndərişlər qiymətləndirməyə buraxılmadan avtomatik geri qaytarılır".

Nazirlik sözçüsü hazırda peşə xəstəlikləri ilə bağlı analoji yanaşmanın həyata keçirilməsi istiqamətində işlərin aparıldığını bildirib: "Araşdırmaların yekununda bununla bağlı görülmüş tədbirlər haqda ictimaiyyətə məlumatlar veriləcək".

90 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.