SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Bu, Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz gücünün göstəricisidir - EKSPERT
MÜSAHİBƏ 12:16 / 21.10.2018

Bu gün Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak və çıxış ediblər.

STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu "Técnicas Reunidas” (İspaniya), "Saipem” (İtaliya), "GS Engineering & Construction Corp” (Cənubi Koreya) və "Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Xəbər veririk ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Daha sonra o əlavə edib:

"Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals”, "Azeri Light” və "Kərkük” neft növlərini emal etmək mümkündür.

STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan "Petkim”i xammalla təmin edəcək, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

Kompleksin işə salınmasının böyük siyasi əhəmiyyəti vardır. Bu Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz gücünün göstəricisidir. Bu iki qardaş ölkənin regionun iqtisadi xəritəsnin dəyişmək imkanında olduğunu və daima bir olacaqlarını sübut edir".


360 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.