SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Nazirlik sex sahiblərini cərimələdi
CƏMİYYƏT 10:26 / 18.10.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib.


78 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.