SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Konsulluqda doğranan jurnalistin `cəsəd parçalarının` FOTOLARI yayıldı (18+)
DÜNYA 09:47 / 18.10.2018

Istanbulda Səudiyyə konsulluğunda yoxa çıxan səudiyyəli müxalif jurnalist Camal Kaşıqçının cinayəti ilə başlı sosial şəbəkələrdə yeni fotolar ortaya çıxıb. FaktXeber.com-un Virtualaz-a istinadla məlumatına görə, paylaşılan kadrlarda  Camal Kaşıkçıya aid olduğu iddia edilən görüntülər yayılıb.

Doğranmış cəsəd parçalarının həqiqətən jurnalistin cəsədinə aid olduğu hələlik digər mənbələrdən təsdiqlənməyib.


Türkiyə KİV-i Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun qəddarcasına həyata keçirilən qətlin şahidi  olduğunu yazmışdı. Məlumata görə, ABŞ-ın The Washington Post qəzetinin əməkdaşı olan Kaşıqçını öldürməzdən əvvəl işgəncəyə məruz qalıb, barmaqları doğranıb, qətldən sonra isə onun başı bədənindən ayrılıb.

Türkiyənin «Yeni Şafak» gündəlik qəzeti bildirib ki, diplomatik missiyanın  divarları arasında qeydə alınan audioyazını əldə edə bilib. Orda istintaqda iştirak edən Səudiyyənin baş konsulu Muhəmməd Utaybinin səsi aydın eşidilir. Qeyddə diplomat «bunu» başqa yerdə etməsi ilə bağlı xahişi də eşidilir. Lakin digər səs, etiraz edəcəyi təqdirdə Utaybın özü ilə bağlı təhdid edir.

Bundan əvvəl Türkiyə polisi Səudiyyə Ərəbistanı konsulluğunda Kaşıkçının ölümü ilə bağlı dəlillər əldə etdiyini yazmışdı. Lakin təfərrüat verilməmişdi. Bundan başqa məlum olub ki, Səudiyyənin baş Konsulu təcili surətdə Türkiyədən vətəninə qayıdıb.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girən və ordan yoxa çıxan jurnalist Camal Kaşıkçının qətli ilə bağlı animasiya hazırlanıb.

XƏBƏRDARLIQ: Həssas və ürəyi zəif olanlar BAXMASIN!!!


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.