SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Sinif yoldaşını güllələyib öldürən şəxslə bağlı RƏSMİ MƏLUMAT
KRİMİNAL 15:30 / 16.10.2018

Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər veririk ki, oktyabrın 15-də Bərdə rayonunun Böyük Göyüşlü kəndi ərazisində kənd sakinləri Sadiq Tapdıqbəyli və Yaşa Kərəmli ov edərkən S.Tapdıqbəyli ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Y.Kərəmliyə xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb.

S.Tapdıqbəyli Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, S.Tapdıqbəyli ilə Yaşa Kərmli həmyaşıd olub və orta məktəbdə bir sinifdə oxuyublar. Onlar həm qonşu, həm də dost olub.


80 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.