SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Tibdə YENİLİK - Damar əməliyyatları sadələşir
CƏMİYYƏT 15:43 / 16.10.2018

Tibdə daha bir yeniliyə imza atan Kembric Universitetinin alimləri damarlarda əməliyyatların aparılması üçün qeyri-adi quruluşa malik miniatür kamera hazırlayıblar.

"Leap" adlandırılan yeni kameranın içərisinə bütün lazımi endoskop sonluqlar əlavə edilib. Layihənin ərsəyə gəlməsinə maddi dəstək "Omnivision" texnologiya şirkəti tərəfindən qarşılanıb.

Qurğunun prototipi 400x400 (0,16 meqapiksel) təsvir ölçüsünə malikdir, ancaq yekun versiyada təsvir ölçüsünü ən azı 1600x1600-dək (2,6 meqapiksel) artırmaq mümkün olacaq. Elastik endoskopik borunun diametri 1,35 mm-ə bərabərdir ki, bu da onu koronar angioqrafiya (ürək damarlarının xüsusi rentgeni) üçün istifadə etməyə imkan verir.

Bundan başqa, "Leap" adlı yeni kamera böyük endoskoplardan fərqli olaraq, əməliyyat otağının böyük ölçülü texnikasından asılı deyil, çünki onu istənilən adi kompüterə qoşmaq mümkündür./publika.az


72 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.