SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
ABŞ-la Türkiyə arasında gizli razılıq əldə olundu
DÜNYA 15:52 / 12.10.2018
Vaşinqton və Ankara Türkiyədə ev həbsində olan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılması barədə gizli razılığa gəlib.

Bu barədə NBC telekanalı ABŞ administrasiyasının yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, məhkəmənin bu gün keçirəcəyi iclasda Bransonun azad olunması barədə qərar çıxarılacaq və amerikalı keşiş yaxın günlərdəABŞ-a qayıdacaq. Mənbələrin dediyinə görə, məhkəmə Bransonun üzərindəki bütün ittihamları götürəcək.

Gizli razılaşmanın detalları tam bəlli olmasa da, danışıqların gedişi ilə tanış olan amerikalı məmurlar bildiriblər ki, Bransonun sərbəst buraxılmasının əvəzindəABŞTürkiyəyə iqtisadi təzyiqlərini azaldacağına söz verib. Bununla belə, Tramp administrasiyasında Ankaranın bu sövdələşməyə əməl edəciyinə şübhə ilə yanaşırlar. Çünki artıq bir neçə ay öncə Türkiyə keşişi azad edəcəyinə söz versə də, bunu etmədi.

Qeyd edək ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ vəPKKterror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Cinayəti məhkəmə tərəfindən təsdiqlənsə, onu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-dəABŞMaliyyə NazirliyiTürkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Avqustun 10-da isəABŞprezidentiDonald TrampTürkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunur. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dollara nisbətdə 40 faiz ucuzlaşıb

125 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.