SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Hacıyevanın milyonları Azərbaycana qaytarıla bilər - Britaniyadan açıqlama
CƏMİYYƏT 14:19 / 12.10.2018
Böyük Britaniya Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın milyonlarla funtunu Azərbaycana qaytarmaq məcburiyyətində qala bilər.

"Qafqazinfo” "Telegraph”a istinadən xəbər verir ki, belə bir etirafla Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin rəhbəri çıxış edib.

Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Toon bildirib ki, əgər Ali məhkəmə Zamira Hacıyevanın saxta vəsait istifadə etdiyinə qərar versə, onun məhkəmə tərəfindən müsadirə olunan əmlak və pulu öz ölkəsinə qaytarılacaq.

Qeyd edək ki, Londonda yaşayan Zamira Hacıyevanın son 10 ildə paytaxtın məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərclədiyi məlum olub.

54 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.