SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
Məkkə və Mədinə arasında sürət qatarlarının səfərləri başlayıb
DÜNYA 13:47 / 12.10.2018
Həcc və Ümrə ziyarətçilərinin dini ayinlərini rahat yerinə yetirmələri üçün Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmiryol xətti istifadəyə verilib.
Anadolu informasiya agentliyinə istinadla xəbər veririk ki, oktyabrın 11-də Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən biri olan Harameyn dəmiryolu xəttində sürət qatarlarının ilk səfəri həyata keçirilib.

Krallığın büdcəsinə 2 milyard dollara başa gələn sürətli dəmiryol xətti ildə 60 milyon insana xidmət göstərəcək. Uzunluğu 460 kilometr olan bu xətt sənaye bölgələrini, hava limanını və şəhər mərkəzlərini birləşdirir. Avtomobillə 4-5 saatlıq yolu bundan sonra qatarlar saatda 300 kilometr sürətlə 1 saat 20 dəqiqəyə qət edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il 2 milyon 400 minədək həcc və 7 milyon nəfərə yaxın ümrə zəvvarını qəbul edib.

99 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.