SON XƏBƏRLƏR
23 Fevral 2019
22 Fevral 2019
21 Fevral 2019
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb
CƏMİYYƏT 12:13 / 12.10.2018
Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Özbəkistanın müdafiə naziri hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.

Görüşün sonunda Azərbaycanın və Özbəkistanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

© xezerxeber.az 
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.