SON XƏBƏRLƏR
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
İnternet fenomenini qətlə yetirib VİDEOYA ÇƏKDİLƏR
DÜNYA 09:25 / 12.10.2018

İraqın paytaxtı Bağdadda model və internet fenomenlərinə qarşı qanlı cinayətlərin ardı-arası kəsilmir.

Teleqraf.com xəbər verir ki, cinayətlərin son qurbanı 15 yaşlı Hamudi el-Mutayiridir. 'Instagram şahzadəsi' ləqəbi ilə məşhur olan gənc fenomen evinə gedərkən naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.

Seksual baxışlarından dolayı öldürülən el-Mutayirinin can verərkən videosunun sosial şəbəkədə paylaşılması böyük nifrət və təpkilərə yol açıb. Feysbuk gəncin ölümü ilə bağlı açıqlama yayıb.

Qeyd edək ki, ötən ay İraqda "iraqlı Barbie” ləqəbli model Refif el-Yaseri və digər model Reşa el-Hasan qətlə yetirlib. Daha sonra İraq gözəli Tara Faris də Bağdadda avtomobilində öldürülüb.

3 aydır davam edən oxşar cinayətlər digər modellərin və sosial şəbəkə fenomenlərinin ölkəni tərk etmələrinə səbəb olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.