SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Bakı-Gəncə sürət qatarı ilin sonuna istifadəyə verilməlidir
CƏMİYYƏT 21:01 / 11.10.2018

Mən ilin əvvəlində demişdim ki, bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması prosesi başa çatmalıdır. İlin sonuna artıq az vaxt qalıb. Yəqin ki, biz bunu görəcəyik. Hər halda, kifayət qədər vəsait ayrılıb".

məlumat veririk ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Digər istiqamətlər üzrə - Bakı-Yalama dəmir yolunun yenidən qurulması istiqamətində, Bakı-Qəbələ dəmir yolunun çəkilişi ilə bağlı işlər gedir. Eyni zamanda, Bakı dairəvi avtomobil yolunun tikintisi davam edir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli bir layihə olacaq və bunu biz metro tikintisi ilə uzlaşdırmalıyıq. Onu da qeyd etməliyəm ki, bu ilin Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün də kifayət qədər vəsait ayrılmışdır.


121 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.