SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Qüdrət Şükürovla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: xaricdəki mülklər və...
CƏMİYYƏT 20:19 / 10.10.2018

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, idarənin keçmiş rəisi, adı bir çox qalmaqallarda hallanan Qüdrət Şükürov istintaqa cəlb edilib və onun ifadəsi alınıb. Həmçinin məhkəmə tərəfindən Q.Şükürovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qərar verilib.

Bildirilir ki, lift idarəsinin sabiq rəhbəri barəsində aparılan araşdırmanın əhatəsi daha da genişləndirilib. Belə ki, onun xarici ölkələrdə əldə etdiyi əmlaklarla bağlı informasiyaların da yoxlanmasına qərar verilib. Bu məqsədlə bir sıra ölkələrin aidiyyəti qurumlarına sorğu göndərilib və həmin sorğuların cavabı maraq doğurur.

Məhz qeyri-qanuni yolla əldə edilmiş vəsaitin başqa ölkələrdə, eləcə də Bakıda müəyyən mülkiyyətlərin alınmasına yönəldilməsi səbəbindən "Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb. Belə ki, dünən baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işinin açıldığını bildirib.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə - 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bu ayın əvvəlində "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Q.Şükürov keçən il qızının bahalı həyatı və yarım milyonluq toy mərasimi ilə gündəmə gəlib. Daha sonra onun barəsində çoxsaylı informasiyalar ictimailəşib.


87 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.