SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
47 yaşlı kişi 11 yaşlı qızı yerə yıxdı və... - Tovuzdakı iyrənc olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI (YENİLƏNDİ
CƏMİYYƏT 16:48 / 10.10.2018

Dünən Tovuz rayonunda orta yaşlı kişinin küçədə yeniyetmə qızlara hücum edərək onları zorlamağa çalışması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Əldə etdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində yolun kənarında 2 qıza hücum edərək onlardan birini yerə yıxaraq zorlamağa çalışan 1971-ci il təvəllüdlü Mehralıyev Raqif Vaqif oğlu haqqında Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hadisələri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanılıb. Əməli sübuta yetiriləcəyi təqdirdə onu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bildirilir ki, hadisə iki qız məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən baş verib. Ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara hücum edib. O, əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M.-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib.

Hadisə vaxtı yeniyetmə qız müxtəlif dərəcəli xəsarətlər alıb.

Raqif Mehrəliyev tutulub.

*****

8:00

Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

"Report"a istinadən xəbər veririk ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində 50-55 yaşlı sərxoş kişinin hücumuna məruz qalıb. Sərxoş şəxs əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamaya cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


69 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.