SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Xəstələrin vəziyyəti o qədər də ağır deyil - Məktəbdə qazdan zəhərlənən 6 şagirdin vəziyyəti barədə açıqlama
CƏMİYYƏT 15:17 / 10.10.2018
Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: "Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir".

Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.

Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.