SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı - YENİLƏNİB
CƏMİYYƏT 12:41 / 10.10.2018
Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə uşaqların üzünə gözyaşardıcı qaz balonu püskürdən şagird 6-cı sinifdə təhsil alır.

Məktəbdən virtualaz.org-a bildiriblər ki, uşaq qaz balonunu atasından aldığını deyib. Hadisə həm şagird və müəllimlər, həm də valideynlər arasında təşvişə səbəb olub. Çoxları qaz balonunun partladığını, uşaqların ciddi xəsarət aldığını zənn edib.

Hadisə yerinə 5 təcili yardım çağırılıb. Hazırda 2-si oğlan, 7-si qız olmaqla uşaqlar Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər. Mayenin təsiri 2 saata keçir, buna baxmayaraq, uşaqların gözü yuyulub, tibbi xidmət göstərilib.

* * *11:55

Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə şagirdlərdən biri sinifə gözyaşardıcı qaz balonu gətirərək sinif yoldaşlarının üzünə püskürdüb. Nəticədə 8 uşaq xəsarət alıb.

Bu barədə məlumatı virtualaz.org-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov verib.

Onun sözlərinə görə, hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanaya aparıblar.

"Qaz balonu istiotlu olduğundan yandırıcı təsir göstərir, amma gözlər yuyulacaq. Hazırda uşaqların vəziyyəti normaldır. Zərər çəkənlər 10-12 yaşlı uşaqlardır”, -xidmət rəhbəri əlavə edib.

40 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.