SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Əbülfəs Qarayev Mingəçevirdə şikayətləri dinləyəcək
CƏMİYYƏT 17:39 / 09.10.2018

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin oktyabr ayının 17-də Mingəçevir şəhərində saat 11ºº-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində ( Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172 ) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

vətəndaşlar nazirliyin mct@mct.gov.az  elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.


74 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.