SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Qəbələdə yanan ərəblərin 2-si Bakıya gətirildi
CƏMİYYƏT 15:46 / 09.10.2018

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, Küveyt vətəndaşı olan həmin şəxslər 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızıdır. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan bu xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.


42 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.