SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
Cəlilabadda iki DƏHŞƏTLİ OLAY: 57 yaşlı kişi onlara qonaq gəlmiş bacısı övladını.. . - YENİLƏNDI
KRİMİNAL 13:57 / 08.10.2018

Cəlilabadda bir gündə iki dəhşətli cinayət hadisəsi baş verib.

Rayonun Qarazəncir kəndində dayı bacısı oğlunu qətlə yetirib.

Belə ki, 57 yaşlı Mehman Cəfərov evinə qonaq gəlmiş bacısı oğlu 24 yaşlı Ramil Manafovla aralarında yaranan mübahisə zəminində onun döş qəfəsindən xəsarət yetirib.

R.Manafov aldığı xəsarətdən xəstəxanaya aparılan zaman dünyasını dəyişib. M.Cəfətov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.(Report)

*****

01:00

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün rayonun Privolnoye kəndində qeydə alınıb.

Həmin kəndin 1984-cü il təvəllüdlü sakini Novruzov Ceyhun Dədəkişi oğlu 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilib.

Bakı şəhərində işləyən G.Quliyev bu gün kəndə gəlib və C.Novruzovu öz evinə çağırıb. G.Quliyev elə öz evində şəxsi münasibətlər zəminində C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra G.Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Mərhum 3 uşaq atasıdır və G.Quliyevlə yaxın münasibətləri olub.

Faktla bağlı araşdırma aparılır.


103 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.