SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Gənc qız özünü kanala ataraq intihar etdi
DÜNYA 13:16 / 08.10.2018

Mil-Muğan-Şirvan su kollektorunda qadın cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk ki, FHN-in "112” Zəng mərkəzindən, Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi Məhərrəmli kəndi ərazisindən keçən hissəsində, suyun üzərində 1 qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.

Məlumat alındıqdan dərhal sonra, xidmətin strukturuna daxil olan "Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib.

Saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış Zərdab rayonu Şahüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi "Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib


38 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.