SON XƏBƏRLƏR
19 May 2019
18 May 2019
17 May 2019
Bolqarıstanda jurnalisti zorlayıb öldürdülər - FOTO
DÜNYA 12:45 / 08.10.2018

Bolqarıstanın Ruse şəhərində Dunay çayının kənarından 30 yaşlı jurnalist Viktoriya Marinovanın meyiti tapılıb.

 xarici KİV-ə istinadən xəbər veririk ki, aparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib.

Bundan əlavə, Viktoriya ölümündən əvvəl zorlanmaya məruz qalıb. 

Jurnalistin cəsədini yoldan keçən şəxs tapıb və dərhal bu barədə polisə məlumat verib. Marinovanın cəsədindən bir neçə metr kənarda onun şəxsi əşyaları aşkarlanıb, yol kənarında isə avtomobili park edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının telefonunu və avtomobilinin açarını tapmayıblar.

İstintaq Marinovanın qətlinin bir neçə versiyanı, o cümlədən peşəkar fəaliyyətini nəzərdən keçirir. Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.