SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Mingəçevirdə inanılmaz olay - Həyat yoldaşının qisasını xalasından aldı - VİDEO
KRİMİNAL 20:44 / 07.10.2018

Keçmiş kürəkən həyat yoldaşının xalasının evinə od vurub.

Xəbər veririk ki, xoşagəlməz hadisə Mingəçevir şəhəri, N. Nərimanov 40 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Ev sahibi Xatirə Yusifova iddia edir ki, yaşadığı evi bacısı qızının keçmiş həyat yoldaşı yandrıb. Qadının sözlərinə görə, Teymur Hümmətov evdə heç kimin olmadığına əmin olduqdan sonra eyvanın yaxınlığında olan tut ağacına çıxıb və oradan mənzilə daxil olaraq yanğın törədib. Evinin yanması xəbərini isə X. Yusifovaya qonşular məlumat verib. 2-ci mərtəbədə tüstü çıxdığını görən bina sakinləri dərhal yanğınsöndürənləri də hadisə yerinə çağrıblar. Alov tez bir zamanda ram edilib. Yanğın zamanı əsasən ev əşayaları yanaraq yarasız hala düşüb. Ev sahibin sözlərinə görə,ona 500 manata yaxın ziyan dəyib. X. Yusifova baş verən hadisə ilə bağlı polisə müraciyyət edib. Hadisənin baş vermə səbəbləri araşdırlır.






51 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.