SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Putini, Trampı və kraliçanı zəhərləmək istədi - İNANILMAZ CİNAYƏT
DÜNYA 12:40 / 06.10.2018

Donald Trampı, Vladimir Putini və Britaniya kraliçasını zəhərləməyə cəhd göstərilib.

Bu cür ağla sığmaz əməl ABŞ-ın veteran dənizçisi Uilyam Allen tərəfindən törədilib.

Bir neçə gün öncə Pentaqonda poçtdan tapılan zəhərli zərflər barədə araşdırma aparan FTB bu məsələyə görə veteran hərbiçini saxlayıb. Onun evində axtarışlar zamanı xeyli sayda kimyəvi maddə və ritserin aşkar edilib.

Məlum olub ki, 39 yaşlı Uilyam zərfləri Pentaqon rəhbəri Ceyms Mettisə və ABŞ Hərbi Dəniz Qüvvələri komandanı Con Riçardsona da göndərib.

Onun ifadəsi isə təhqiqatçıları şoka salıb. Uilyam qeyd edib ki, bu cür zəhərli zərfləri daha 3 nəfərə - Ağ Ev rəhbəri Donald Trampa, Rusiya prezidenti Vladimir Putinə və Britaniya kraliçası II Yelizavetaya göndərib.

Məktublar 24 sentyabr tarixində yola salınıb və ünvana çatıb-çatmaması barədə məlumat yoxdur. Veteran hərbçi bunu III Dünya müharibəsinin qarşısını almaq üçün etdiyini vurğulayıb.

Artıq faktla bağlı hər iki ölkənin səlahiyyətli şəxslərinə məlumat verilib. (teleqraf.com)


57 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.