SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Zəvvarları daşıyan furqon dərəyə düşdü: 9 ölü, 5 yaralı
HADİSƏ 13:14 / 06.10.2018

Hindistanın şimalında furqonun 150 metrlik dərəyə düşməsi nəticəsində 9 nəfər ölüb, daha 5-i ciddi xəsarət alıb.

"RİA Novosti"yə istinadən xəbər veririk ki, hadisə cümə günü Uttarkaşi şəhərində baş verib. Bir qrup zəvvar Himalaydakı Qanqotri məbədini ziyarətdən qayıdırmış. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa məqamda avtobus gözlənilmədən yoldan çıxıb. Qəza zamanı salonda təqribən 13 zəvvar olub. Ölənlər arasında 8 sərnişin və avtobusun sürücüsü olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.


109 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.