SON XƏBƏRLƏR
19 May 2019
18 May 2019
17 May 2019
Tələbə Putinin otağı... – FOTOLAR
DÜNYA 11:17 / 06.10.2018

Rusiya mətbuatında Vladimir Putinin tələbəlik illərində qaldığı otağın fotoları yayılıb.

Teleqraf.com xəbər verir ki, fotolar Rusiyanın "Zvezda” telekanalının "Giriş şifərsi” proqramında nümayiş etdirilib.

Qeyd olunur ki, Rusiya prezidenti Xarici Kəşfiyyat Akademiyasında oxuduğu illərdə məhz burada yaşayıb.

Hazırda otaq bir qədər dəyişilib və daha komfortlu vəziyyətə gətirilsə də, orada olan oturacaq və stollar dəyişməyib.

Otağın Putinin ev muzeyi kimi formalaşdırılması təklif olunub, lakin bu bir çox səbəblərdən reallaşmayıb. Bu otaqda hələ də akademiyanın tələbələri yaşayır.

Xatırladaq ki, Putin öz tələbəlik illərindən danışarkən akademiyada rəhbərlik tərəfindən ona "Üzgüçü” ləqəbinin verildiyini qeyd edib. Qeyd edək ki, akademiayda kursantların bir-birinin ad-soyadını bilməməsi üçün onların hər birinə ləqəblər verilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.