SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Bakıda bacısı qızını dəfələrlə zorlayan dayıya ağır cəza
KRİMİNAL 15:53 / 05.10.2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Xəbər veririk ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R. Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib. 

Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.


52 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.