SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
Bakıda lift xadimənin başına düşdü - ANBAAN VİDEO
HADİSƏ 14:46 / 05.10.2018

Bakıda xadimə işləyən qadın lift şaxtasında faciəvi şəkildə ölüb. Dəhşətli hadisənin görüntüsü binanın təhlükəsizlik kamerasına düşüb.

"Xəzər” TV-yə istinadən məlumatına görə, hadisə ötən gün günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Şaxtada dünyasını dəyişən qadının meyiti çətinliklə də olsa, oradan çıxarılıb. Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub.

Araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.

Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.