SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Qəçrəşdə qaçırılan avtomobil Bakıda kameraya düşdü - POLİS YAXALADI
HADİSƏ 22:09 / 02.10.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, oktyabrın 1-də saat 14 radələrində Quba şəhər sakini Veysəl Mirzəbəyovun "Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan nəqliyyat vasitəsi paytaxtın Nizami rayonu Q.Qarayev prospektində onu qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Pərviz Hüseynovla birgə saxlanılıb.

Həmin gün saat 13 radələrində isə Bakı şəhər sakini Yadigar Əkbərovun "VAZ-2106” markalı avtomobilinin Zirə qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in "102 Zəng Mərkəzi”nə daxil olmuş məlumatla əlaqədar Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil qısa müddətdə qəsəbə ərazisində onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.