SON XƏBƏRLƏR
19 Yanvar 2019
20 Yanvar 2019
18 Yanvar 2019
Adnan Oktarın "eşq yuvası" SÖKÜLÜR - "Kediciklər"lə yaşadığı villası boşaldıldı
DÜNYA 12:45 / 02.10.2018

Genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan Adnan Oktar və tərəfdarlarına məxsus villaların sökülməsinə başlanılıb.

 Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarın "kediciklər"lə yaşadığı villası boşaldılıb.

Cari ilin iyul ayından etibarən aparılan əməliyyatlar nəticəsində Adnan Oktara məxsus qeyri-qanuni yollarla inşa edilən çoxsaylı (təxminən 23 tikili) tikililər müəyyən edilərək aidiyyəti üzrə hüquq mühafizə orqanlarının nəzarətinə verilib.

İstanbul Böyükşəhər Bələdiyyəsi isə Adnan Oktarın əsas malikanəsi hesab edilən Kandilli ərazisində yerləşən villasının sökülməsinə qərar verib. Qərarın əsasında villanın içərisində olan əşyalar boşaldılıb.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.