SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
Dostu ilə birgə bibisinin evini taladı – FOTO
KRİMİNAL 12:12 / 02.10.2018

Naftalan Şəhər Polis Şöbəsinə sentyabrın 23-ü axşam saatlarında fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, zərərçəkən qeyd edib ki, evindən ümumi dəyəri təxminən 11 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri "qənimətləri” də istintaqa təhvil veriblər. Araşdırmalar zamanı o da məlum olub ki, bu, "qəhrəmanların” ilk oğurluq cinayəti deyil.

Belə ki, Ruslan Əsgərov Goranboy rayonun Balakürd kəndində yaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər oradan oğurluq etməyi qərarlaşdırıblar. Bibisinin evindən 15 min manatlıq qızıl zinət əşyası, 1500 manat pulu talayan Ruslan Əsgərov və cinayət ortağı bir neçə gün sonra eyni üsulla Naftalanda başqa bir mənzili qarət ediblər. Oradan xeyli miqdarda qızıl zinət əşyası və pul götürsələr də, bu dəfə məsuliyyətdən yayına bilməyiblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


75 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.