SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin sayı ARTDI
HADİSƏ 10:49 / 02.10.2018

Dünən Bakının Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Xəbər veririk ki, hadisə nəticəsində ağır xəsarət alan və 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu həkimlərin səylərinə baxmayaraq, vəfat edib. Hadisə nəticəsində 13 yaşlı məktəbli isə qəza yerində ölüb.

Qeyd edək ki, hadisə nəticəsində daha 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Yaralılardan 5-i məktəblidir.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.