SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
Azərbaycanlı qadınla evləndirmək adı ilə 5 min manatını aldılar
HADİSƏ 22:47 / 01.10.2018

Türkiyənin Bolu şəhərində yaşayan şəxsi Azərbaycan əsilli qadınla evləndirmə vədi ilə 18 min türk lirəsini (təxminən 5 min manat) alıblar.

Türkiyə mediasına istinadən xəbər veririk ki, Şərafəddin Çevik adlı şəxs Ağır Cinayətlər üzrə Məhkəməyə müraciət edib

Onun sözlərinə görə, Mətin Xəbərçi adlı şəxs azərbaycan əsilli Mərvə adlı qadınla tanış edib. Bir müddət sonra cütlük evlənməyə qərar verib. Ancaq qadının Türkiyədə yaşamaq icazəsi olmayıb. Ş.Çevik qadınla evlənməklərinə yeganə mane olan yaşamaq icazəsinin alınması üçün onları tanış edən M.Xəbərçiyə 18 min türk lirəsi verib. Bir müddət keçəndən sonra isə Ş.Çevik nə M.Xəbərçidən, nə də qadından xəbər ala bilib.

Bu barədə polisə şikayət edib. Onun şikayətindən sonra cinayət işi açılıb. M,Xəbərçi isə ona qarşı irəli sürülən ittihamı rədd edib. Ş.Çeviyin ona maşını təmir etmək üçün pul verdiyini deyib.


127 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.