SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Ərdoğan və Putinin planı işləməyə başladı
SİYASƏT 16:48 / 01.10.2018

Dünyanın "əsrin humanitar fəlakəti”nin yaşanmasından narahat olduğu Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında əldə olunan Soçi razılaşmasının icrası başlayıb.

Suriya İnsan Hüquqları Monitorinqi Mərkəzinin verdiyi məlumata görə, "Feylak əl-Şam” müxalifət qrupu bölgədən çəkilməyə başlayıb.

İdlibdən ağır silahlarını və döyüşçülərini çəkən "Feylak əl-Şam” Soçi razılaşmasını həyata keçirən ilk qrupdur.

Xatırladaq ki, Soçi razılaşması sentyabrın 17-də əldə edilib. Razılaşmaya əsasən, İdlib ətrafında 15-20 kilometrlik təmas xətləri qurulacaq və bu bölgələrə silah daxil edilməyəcək. Bəşər Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq./publika.az



51 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.