SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
İndoneziyada zəlzələ və sunami: ölənlərin sayı 384 nəfərə çatıb
DÜNYA 14:13 / 29.09.2018
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.

TASS informasiya agentliyinə istinadən xəbər veririk ki, sentyabrın 28-də İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ okeanda 3 metr hündürlükdə dalğaların yaranmasına səbəb olub. Dəniz sahilində yerləşən iki şəhər və bir neçə kənd sunaminin zərbəsinə tuş gəlib.

Palu şəhərində 380 min insan dağıntıların altında qalıb. Şəhərlə əlaqə kəsilib. Xilasedicilər oraya yalnız helikopterlər vasitəsilə gedə bilirlər.

Xatırladaq ki, dünən səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında dağıdıcı zəlzələ baş verib. Bundan bir qədər sonra həmin rayonda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

108 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.