SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Çaylarda suyun səviyyəsi dəyişib
SİYASƏT 11:19 / 29.09.2018

Respublika çaylarında sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 70-80, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 83 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 17 m3/s təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 2 sm artım, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 sm (2017-ci il sentyabrın 28-də 330 sm), Şirvanda 215 sm (2017-ci il sentyabrın 28-də 191 sm), Salyanda 175 sm (2017-ci il sentyabrın 28-də 140 sm), Bankədə 201 sm (2017-ci il sentyabrın 28-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 34 sm (2017-ci il sentyabrın 28-də 55 sm) təşkil edir.


51 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.