SON XƏBƏRLƏR
22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Moldovadan Rusiyaya çağırış: "Qoşunları ərazimizdən çıxar"
SİYASƏT 10:38 / 29.09.2018

Moldovanın baş naziri Rusiyanı qoşunlarını onun ərazilərindən çıxarmağa çağırıb.

Xəbər veririk ki, baş nazir Pavel Filip bu çağırışı BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı edib.

Rusiya silahlı qüvvələrinin Moldova ərazisində mövcudluğunu pisləyən baş nazir, cari ilin iyun ayında BMT Baş Assambleyasının bütün xarici silahlı qüvvələrin Moldova ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni xatırladıb.

Pavel Filip bildirib ki, Rusiya əvvəlki kimi Dnestryanı bölgəsində konstitusiyaya əsaslanmayan hərbiləşdirilmiş hakimiyyət strukturu birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirir. O, Moskvaya öz silahlı qüvvələrini Moldva ərazisindən çıxarmağa dair üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

Hökumət başçısı Dnestryanı münaqişənin mövcud "5+2" formatı çərçivəsində sülh yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.

Pavel Filip qeyd edib ki, sülh yolu ilə həll Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında baş tutmalıdır.


58 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.