SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
Bakıdan Yevlaxa yeni yol çəkiləcək - Ağsu aşırımından istifadə etmədən
SİYASƏT 22:32 / 28.09.2018
Bakı-Şamaxı-Yevlax yolu sürüşmə zonasından kənarlaşdırılır.

 Trend-ə istinadən xəbər veririk ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Qurum rəhbəri bildirib ki, ümumilikdə yol 1-ci və ikinci texniki dərəcəli yol kimi yenidən qurularaq istifadəyə verilib: "Bu yol artıq ikinci dərəcəli, iki hərəkət zolaqlı yol kimi yenidən qurulub sürücülərin istifadəsinə verilib. Bu yolda cəmi 39 kilometrlik yol qalıb ki, həmin ərazi də əsasən Ağsu aşırımı olmaqla sürüşmə zonasına düşür. Bura sürüşmə zonası olduğu üçün Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq ərazidə geoloji kəşfiyyat işləri aparılır. Məqsəd həmin sürüşmə zonasından yan keçməklə yolu birləşdirməkdir. Artıq həmin 39 kilometri çıxmaqla, Bakıdan Yevlaxa qədər olan yol tam yenidən qurularaq istifadəyə verilib. Yol Bakıdan Şamaxıya qədər 1-ci texniki dərəcəli, qalan hissəsi isə ikinci texniki dərəcəyə uyğun istifadəyə verilib".

89 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.