SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
“ABŞ verdiyi sözün üstündə durmadı” - Ərdoğandan önəmli açıqlama
SİYASƏT 21:32 / 28.09.2018
Vaşinqtonun Suriyadakı davranışları səbəbindən Fərat çayından şərqdəki ərazilərə nəzarət edən YPG terrorçularına qarşı Rusiya ilə Türkiyə birgə əməliyyat keçirə bilərlər.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu cür ssenarini istisna etməyib.

"Hazırda gündəlikdə belə bir məsələ yoxdur. Amma bunun baş verməyəcəyini də deyə bilmərəm. Hadisələrin gedişatını izləyərək ona uyğun qərar verəcəyik", - deyə Ərdoğan bildirib.

O həmçinin, ABŞ-ı YPG/PYD terrorçularının Menbiçdən çıxarılmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. 

"ABŞ Menbiç üzrə razılaşdığımız yol xəritəsinə və təqvim planına əməl etməyib. ABŞ və Türkiyə arasında əldə olunmuş razılşmaya əsasən, YPG/PYD silahlıları 90 gün ərzində Suriyanın Menbiç şəhərini tərk etməli idilər. Amma bu, hələ də baş verməyib. ABŞ verdiyi sözün üstündə durmadı”, – deyə Ərdoğan vurğulayıb. 

Türkiyə prezidenti, əlavə edib ki, Vaşinqton ikitərəfli anlaşmaya uyğun şəkildə davranmaq əvəzinə, kürd terrorçuları ilə birlikdə Suriyanın şimalında hərbi mövcudluğunu daha da gücləndirir.
364 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.