Bakıda həyətində marixuana yetişdirən şəxs saxlanılıb.
DİN-ə istinadən xəbər veririk ki, Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynov tutulub. Axtarış zamanı onun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.