SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Prokurorluq Qazax polisində izahata çağırılan şəxsin öldüyünü təsdiqlədi
ARAŞDIRMA 16:16 / 27.09.2018

Qazax rayon sakini Teymur Axundov ötən gecə yerli polis şöbəsində ölüb. Bacısının sözlərinə görə, o, ölüncəyədək döyülüb. Buna sübut kimi sosial şəbəkələrdə qardaşının cəsədinin fotosunu paylaşıb. Mərhumun bədənində çoxlu qançır izləri olub.

Məlumata görə, "Turan" agentliyinin sorğusuna cavab olaraq rayon prokurorluğundan bildiriblər ki, CM-in 123-cü maddəsi (cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) ilə cinayət işi qaldırılıb. Mənbə istintaq sirrinə əsaslanaraq detallı məlumat verməkdən imtina edib.

Öz növbəsində yerli polis şöbəsindən Turan-a bildiriblər ki, T.Axundov söhbət üçün çağırılıb. "Orada halı pisləşib. "Təcili yardım” çağırıblar və xəstəxanaya aparıblar, orada vəfat edib”.

Mərhumun bacısı isə Ülviyə Axundova bildirib ki, qardaşı siqaret almaq üçün küçəyə çıxıb və oradan onu polisə aparıblar. "Mən dərhal onun ardınca polisə getdim, ancaq məni içəri buraxmadılar. Sonra "təcili yardım” gəldi. Bundan sonra xəstəxanadan mənə telefon edərək qardaşımın öldüyünü dedilər”, – o bildirib.

İşgəncələrə qarşı Azərbaycan Komitəsi isə Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.

Komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda "Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub:

"E.Axundov həmin şəxslə bağlı prokurorluğa, "Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.


59 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.