SON XƏBƏRLƏR
22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatında 6-cı yeri tutub
İDMAN 15:24 / 27.09.2018
Azərbaycan millisi Bakıda keçirilən cüdoçu üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub.

 AZƏRTAC-a istinadən xəbər veririk ki, komandamızın üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Bundan başqa, Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub.

Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında isə 24-cü yerlə kifayətlənib.

Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. On dörd qızıl medaldan yarısı Yaponiyaya qismət olub. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "Gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb. Mükafatçılar sırasına düşə bilməyənlərdən biri isə 5-ci yerlə kifayətlənib. Qadın cüdoçuların hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib. Ən yüksək əyarlı medallar 60 və və 66 kiloqram çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan biri 100, digəri isə 100 kiloqramdan yuxarı çəkilərdə mübarizə aparıb.

Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.

57 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.