SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
Qadını zorlamaq istədi, qonşular köməyə gəldi - Bakıda
KRİMİNAL 14:42 / 26.09.2018
akıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.

Hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S. Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar. Hazırda Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb edirlər. ("Qafqazinfo”)

333 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.