SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Zərdabda təzə gəlin EVDƏN QAÇDI: 3 aylıq... - FOTO
KRİMİNAL 16:24 / 25.09.2018

Zərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb. Rayonun "32 Hektar" adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Hacıyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Hacıyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb.

Yaxınları A.Hacıyevanın evdən qaçması ilə bağlı başqa rayonlarda yaşayan qohumları ilə əlaqə saxlasalar da heç bir xəbər olmayıb. Ailə bununla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Qeyd edək ki, A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.

A.Hacıyevanı görənlərdən xahiş olunur ki, 050 861-74-93, 055-739-61-02 nömrələrinə və Zərdab RPŞ-ə məlumat versinlər.(Report)


57 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.