SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Dövlət Komitəsi ilə İTV-nin birgə layihəsi: “Vətən uzaqda deyil”
MƏDƏNİYYƏT-ŞOU 12:23 / 24.09.2018
Soydaşlarımızın səbirsizliklə gözlədiyi "Vətən uzaqda deyil” ixtisaslaşmış televiziya proqramı fəaliyyətə başlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə layihəsi olan "Vətən uzaqda deyil” diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq.

Komitədən verilən məlumata görə, ilk buraxılışda "Cümhuriyyətun 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək. 37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışda tanış ola bilərsiniz.

Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.

"Vətən uzaqda deyil” TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn "Diaspor TV” ünvanında da izləyə bilərsiniz.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.